Şrift:
Deputat: AŞ PA-nın qərarı Türkiyəyə təzyiq etmək məqsədi güdür
29.04.2017 [09:54] - Gündəm, Siyasət
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyəyə qarşı monitorinqi bərpa etmək barədəki qərarı əsası olmayan, ədalətsiz, qərəzli qərardır.

Bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, bu qərar Türkiyəyə təzyiq etmək məqsədi güdür. Onun sözlərinə görə, bəzi dairələr Türkiyəni güclü və sabit görməkdə maraqlı deyillər: “Onlar Türkiyəni daim anarxiya içində görmək istəyirlər. Türkiyə bu qərarı qəbul etməz və cavabını verəcək".

Qeyd edək ki, AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.
Bu xəbər oxucular tərəfindən 632 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed