Şrift:
Bölgə əhalisi işsizlikdən ölkənin başqa vilayətlərinə köçür – Mərənd və Culfanın millət vəkili
29.04.2017 [10:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Mərənd və Culfa şəhərlərinin İran parlamentindəki millət vəkili Azərbaycanın ağır iqtisadi vəziyyətindən söz açıb.

Məhəmməd Həsənnəjad bu barədə “Bəsic” xəbər agentliyinə açıqlama verib.

“Azərbaycan iqtisadi baxımından olduqca ağır vəziyyətdədir. Biz artıq digər vilayətlərə mühacir göndərən bir vilayətə çevrilmişik. Əgər bizdə işsizlik səviyyəsi aşağı olmasaydı, o zaman mühacir göndərən bir vilayət olmazdıq. Ölkənin orta hesabına görə, bizim vilayətin əhalisi də azalmaqdadır. Bu isə bölgənin əhalidən boşalması və bir növ soyqırım mənasına gəlir, bütün bunlar işsizliklə əlaqədardır”- deyə o bildirib.

M.Həsənnəjad sözlərinin davamında yerli məsulların işsizlik məsələsinə yanaşmasını da sərt tənqid edib. “Bizim vilayətimizdə məşğulluq səviyyəsinin yüksək göstərilməsi bir növ fəxr sayılır. Lakin bu məsələ büdcə vəsaitinin ayrılmasında öz təsirini göstərir. Məsulların dar düşüncəsi nəticəsində artıq Şərqi Azərbaycan iqtisadiyyatı bərbad vəziyyətdədir. İsfahan Vilayətinin vergidən 6 milyard tümən məbləğində gəliri olduğu halda, Şərqi Azərbaycan Vilayəti 2 milyard tümən məbləğində vəsaiti təmin edə bilmir. Hətta Kirman Vilayəti də bizdən irəlidədir”- deyə millət vəkili bəyan edib.

Qeyd edək ki, ötən ay Şərqi Azərbaycan Büdcə və Planlaşdırma Təşkilatının rəisi Davud Behbudi də jurnalistlərə açıqlamasında əhalinin işsizlik problemindən əziyyət çəkdiyini vurğulayaraq iqtisadi tənəzzülün bölgəyə vurduğu ziyanlardan öz narahatlığını bildirmişdir.
Bu xəbər oxucular tərəfindən 320 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed