Şrift:
Ərdəbilin hava limanı yolu ətrafında iməcilik keçirilib
29.04.2017 [10:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbildə baharın gəlişi bölgə əhalisinin yaz qayğılarını da artırıb.

Son illərdə ətraf mühitin qorunması və ekologiyanın yaxşılaşdırılmasına xüsusi diqqət yetirən azərbaycanlılar Ərdəbil hava limanı yolunun ətrafını Səreynə qədər zibil və məişət tullantılarından təmizləyiblər. Aprelin 21-dən başlayan iməcilik işləri bir həftə davam edib.

Yol ətrafı üçyoldan Səreynə qədər səreynli ətraf mühit tərəfdarları tərəfindən zibil və məişət tullantılarından təmizlənib. Məqsəd şəhəri təmizləmək və bu mədəniyyəti əhali arasında təbliğ edərək onu ənənəyə çevirməkdən ibarət olub.

Qeyd edək ki, oxşar işlər ötən illərdə Urmu gölü ətrafında da dəfələlər görülüb. Urmiyədə vaxtaşırı keçirilən iməciliklər, təbiəti təmizləməkdən başqa Urmu gölü böhranını da gündəmə gətirmək məqsədi güdüb.
Bu xəbər oxucular tərəfindən 426 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed