Şrift:
Qərbi Azərbaycan Mərkəzi Seçki Komissiyasının rəisi: Seçkilər zamanı etniklərlə bağlı mübahisələrdən uzaq olmaq lazımdır…
29.04.2017 [10:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycan Milli Hərəkatının güclənməsi İranda parlament və prezident seçkilərində etnik məsələlərinin gündəmə gətirilməsinə səbəb olur. Bu, həm əhalinin səsini qazanmaq istəyən namizdlər, həm də milli-mədəni sahədə fəal olan insanlar tərəfindən gündəmə gətirilir.

Dövlət rəsmiləri isə başda Azərbaycan türkləri olmaqla qeyri-fars millətlərinin milli və demokratik hüquqlarının mətbuata çıxarılmasından ehtiyatlanaraq kütləvi informasiya vasitələri və namizədləri bu məsələyə toxunmaqdan çəkindirməyə çalışır.

Bu dəfə Qərbi Azərbaycan Mərkəzi Seçki Komissiyasının rəisi Əlirza Radfər məsələ ilə bağlı mətbuat orqanlarına müraciət ünvanlayıb.

“Seçkilər ölkədəki sabitliyi və milli təhlükəsizliyi daha da gücləndirməlidir, ona görə də hər kəs, xüsusi ilə də kütləvi informasiya vasitələri etniklər bağlı mübahisələrdən uzaq durmalıdırlar”- deyə o bildirib.

Ə.Radfər sözgedən məsələ ilə bağlı internet istifadəçilərinə xəbərdarlıq da edib. “Etniklərlə əlaqədar mübahisələr Qərbi Azərbaycan vilayəti və ölkənin xeyirinə deyil. İnternetdə seçkilərlə əlaqədar təbliğat işləri ilə məşğul olanlar da diqqətli olmalıdılar. Onlar etnik məsələlərindən uzaq durmağa çalışsınlar. Unutmasınlar ki, onların bütün fəaliyyəti diqqətlə izlənilir”- deyə Qərbi Azərbaycan Mərkəzi Seçki Komissiyasının rəisi vurğulayıb.

Qeyd edək ki, İranda 12-ci prezident seçkiləri 2017-ci il mayın 19-da keçiriləcək. Prezidentlik vəzifəsi uğrunda 6 namizəd rəqabət aparır.
Bu xəbər oxucular tərəfindən 356 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed