Şrift:
Avropadan Ərdoğana sürpriz DƏVƏT
29.04.2017 [10:50] - Xəbərlər, Siyasət
Türkiyənin Belqraddakı səfiri Tansu Sofisti qəbul edən Serbiyanın baş naziri Aleksandr Vucic Prezident Rəcəb Tayyib Ərdoğanı ölkələrində qarşılamaq istədiklərini bildirib.
Turkustan.info Milliyet.com.tr-yə istinadla xəbər verir ki, baş nazir Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Rəhbərliyinin (TİKA) Serbiyada apardığı layihələri dəstəklədiyini bildirərək, Prezident Ərdoğanı Serbiyaya dəvət etdiyi söyləyib.
Açıqlamada Türkiyə və Türk xalqı ilə mövcud əlaqələrin inkişaf etdirilməsi arzusunda olan Vucicin, çətin vaxtlarında Serbiyaya dəstək olduğu üçün Türkiyəyə təşəkkür etdiyi bildirilib.
Avropa ilə münasibətlərin gərgin olduğu bir vaxtda Türkiyəyə edilən bu jest yüksək qiymətləndirilir.
Bu xəbər oxucular tərəfindən 603 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed