Şrift:
“Freedom House” Azərbaycana qarşı qərəzlidir
01.05.2017 [09:34] - Köşə yazarları, Gənclik
"Freedom House" kimi təşkilatlar insan azadlıqları məhdudlaşdığında deyil, əsasən ölkələr qərb dairələrindən müstəqil daxili və xarici siyasət yürütdüklərində dövrəyə girir. Görünür Azərbaycan dövlətinin yürütdüyü müstəqil siyasət dünyanı öz mənfəətlərinə görə dizayn etmək istəyən dərin qərb dairələrinin ürəyincə olmayıb. Milli maraqlardan çıxış edən hökumətlərə qarşı qurulan “hüquq müdafiəsi” təşkilatlarından biri olan“Freedom House” tərəfindən hazırlanan “Mətbuat Azadlığı 2017” adlı hesabatda Azərbaycana qarşı sərgilənən qərəzli mövqey açıq aşkar ortadadır.
Hesabatda Azərbaycan haqqında aparılan dəyərləndirmə obyektivlikdən çox uzaqdır. Azərbaycanda müstəqil media azad şəkildə fəaliyyət göstərir və insanlar internetdən və sosial şəbəkələrdən istifadə hüququndan maneəsiz olaraq istifadə edirlər. Əslində Azərbaycana qarşı göstərilən bu qərəzli mövqenin arxasında tamamilə fərqli mətləblər var. 2017-ci ilin Azərbaycanda "İslam həmrəyliyi ili"nin elan olunması, “2017 İslam Həmrəyliyi Oyunları”nın ölkəmizdə keçirilməsi ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasət Qərbdəki bəzi İslamafob dairələrin yəqin ki, xoşuna gəlmir. Lakin Azərbaycanın yürütdüyü tolerantlıq və multikulturalizm siyasəti, bundan başqa ölkəmizin Avroviziya Mahnı Müsabiqəsində iştirakı və bir neçə il öncə bu müsabiqəyə ev sahibliyi etməsi, Bakı-2015 Birinci Avropa Oyunları kimi böyük tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin milli, dini dəyərlərinə sadiq qalması ilə yanaşı son dərəcə müasir, incəsənət və mədəniyyətə böyük əhəmiyyət verməsinin ən gözəl nümunəsidir.
Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi olaraq “Freedom House” təşkilatının ölkəmizə qarşı göstərdiyi qərəzli mövqeyini kəskin şəkildə qınayırıq. Azərbaycan Prezidenti cənab İlham Əliyevin milli maraqlarımızı əsas alaraq ölkəmizin gözəl gələcəyi üçün yürütdüyü müstəqil siyasəti tam şəkildə dəstəkləyirik.

Ramiq Vəliyev
Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin Sədri
Bu xəbər oxucular tərəfindən 561 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed