Şrift:
İstanbulda rezonans QƏTL: “İranlı müxalifətçi ortağı ilə öldürüldü
01.05.2017 [10:25] - Gündəm, Hadisə
İstabulda İran hakimiyyətinə müxalif “Gem TV” telekanalının rəhbəri Səid Kərimian və onun iş ortağı öldürülüb.


Hadisə İstanbulun Avropa hissəsində şəmbə axşamı baş verib.


Kərimian və onun küveytli iş yoldaşının qarşısını silahlı şəxslər kəsib və atəşə tutublar. Kərimian hadisə yerində, iş adamı isə xəstəxanada ölüb.


Türkiyə polisi hadisə ilə bağlı araşdırmalar aparır. Avtomobil hadisə yerindən 10 kilometr uzaqlıqda tapılıb.


İranlı müxalifətçinin Böyük Britaniya vətəndaşlığınna malik olduğu bildirilir. “Gem TV” Avropa ölkələrinə farsca verilişlər nümayiş etdirirdi.


Bundan öncə, Tehran məhkəməsi Kərimian və onun iş ortağını İran əleyhinə təbliğata görə 6 il müddətinə azadlıqdan məhrum etmişdi. Onun qohumları Kərimianın son vaxtlar fiziki təhdidlər aldığını və buna görə tezliklə İstanbuldan Londona dönməyi planlaşdırdığını yazıb.


Vüqar İSMAYILOV
Bu xəbər oxucular tərəfindən 446 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed