Şrift:
Azərbaycan şahmatçıları dünya çempionatında 4 medal qazanıb
01.05.2017 [10:27] - İdman
Rumıniyanın İaşi şəhərində məktəblilər arasında şahmat üzrə dünya çempionatı başa çatıb.
Mötəbər yarışda Azərbaycanın zəka sahibləri 3 gümüş və 1 bürünc medal qazanıblar.
Komandamızın aktivinə gümüş medalları Ziya Məmmədov (U7), Fərid Orucov (U9) və Süsən Məmmədova (U17), bürüncü isə Leyla Budaqova (U9) yazdırıb.
Yarışda iştirak edən digər şahmatçılarımız Murad Mehdizadə (U7) və Murad İbrahimli (U15) turnir cədvəlində yalnız əlavə göstəricilərdə rəqiblərindən geri qalaraq bürünc medalın bir addımlığında büdrəyiblər.
İaşi şəhər Mədəniyyət Sarayında klassik şahmat üzrə 7-dən 17 yaşadək məktəblilər arasında keçirilən dünya çempionatında 46 ölkədən 500 zəka sahibi iştirak edib. Azərbaycan yarışlarda 14 şahmatçı ilə təmsil olunub.
Bu xəbər oxucular tərəfindən 272 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed