Şrift:
Polad Bülbüloğluna Türkmənistanın Xalq artisti fəxri adı verilib
01.05.2017 [10:30] - Türk dünyası-Turan, Mədəniyyət
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna Türkmənistanın Xalq artisti fəxri adının verilməsinə dair fərman imzalayıb.

Fərmana əsasən, Polad Bülbüloğlu fəxri ada Türkmənistan və Azərbaycan xalqları arasında dostluq, qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, mədəni və humanitar sahələrdə dialoqun genişləndirilməsindəki xüsusi xidmətləri, habelə istedadı və mahnı-musiqi sənətinin inkişafındakı uğurlarına görə təltif olunub.
Bu xəbər oxucular tərəfindən 259 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed