Şrift:
Roma Papası: Üçüncü bir ölkə Şimali Koreya-ABŞ gərginliyinin həllində vasitəçi olmalıdır
01.05.2017 [10:33] - Gündəm, Siyasət
Roma Papası Fransisk Şimali Koreya-ABŞ gərginliyinin getdikcə təhlükəli həddə çatdığını bildirərək, qarşılıqlı anlaşma əldə olunması üçün üçüncü bir ölkənin vasitəçiliyinin vacibliyini vurğulayıb.

Qahirəyə səfərini başa çatdıraraq Vatikana yola düşən Papa təyyarədə jurnalistlərə müsahibəsində müharibənin xeyli insanın ölümünə səbəb olacağını diqqətə çatdırıb.

“Müharibə başlayarsa dünya yox olar. İnsanların yarısı deyil, böyük hissəsi ölər. Bu, qorxulu mənzərədir. Münaqişənin tezliklə sülh yolu ilə həll olunması lazımdır”, - deyə Roma Papası bildirib.
Bu xəbər oxucular tərəfindən 269 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed