Şrift:
Ermənistan Azərbaycana raket atdı, öz PUA-sını vurdu
01.05.2017 [10:33] - Gündəm, Hərb
“Tərifi göyə qaldırılan Ermənistan hərbçilərinin buraxdığı 3 raketin hamısı boşa çıxıb”
Moderator.az xəbər verir ki, bunu ehtiyatda olan polkovnik İlqar Əliyev deyib:
"Cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirən Ermənistan silahlı qüvvələrinin “OSA” zenit raket kompleksindən istifadə etməsi barədə yayılan xəbər məni o qədər də təəccübləndirmədi və həyəcanlandırmadı.
Birincisi, bu raketlər istifadə müddəti bitmiş, anbarlarda qalıb pas atmış sınıq-salxaq qurğulardır. Həmin komplekslər öz taktiki-texniki xarakteristikalarına görə Azərbaycan ordusunda olan hərbi texnika ilə heç müqayisə də edilə bilməz.
İkincisi, tərifləri göyə ucaldılan Ermənistan hərbçilərinin buraxdığı raket boş əraziyə düşüb. Maraqlandım və öyrəndim ki, həmin gün düşmən 3 raket atıb. Keçmiş hərbçi olaraq, dostlarla əlaqə saxlayıb hadisənin mahiyyətini öyrənəndə məşhur fransız filmini xatırladım. Həmin filmdə çəpgöz əsgər səhvən öz təyyarələrini vurduğu kimi, erməni də buraxdığı raketlə öz PUA-nı vurub yerə salıb. Maraqlısı da odur ki, “quşu gözündən vurmaqla” qürrələnən erməni mütəxəssislərinin buraxdığı raketlərdən heç biri hədəfə çatmayıb və hamısı boşa çıxıb. Raketlərlə hansısa hədəfi vurmaq istəyiblər, amma sapandla PUA-ların məhv ediblər.
Öz PUA-nı məhv edən, eləcə də boşa çıxan üçüncü raketin də öz səngərləri üzərində partladığından mövqedə olan düşmən əsgərləri və Xocavənddəki erməni əhalisinin də böyük qorxu və təşvişə düşməsi gələn məlumatlar içərisindədir."
Ermənistan Azərbaycana raket atdı, öz PUA-sını vurdu
Bu xəbər oxucular tərəfindən 303 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed