Şrift:
Ürəyi qorumaq istəyənlər oxusun. Yalnız 3 ŞƏRT!
01.05.2017 [10:37] - Sağlıq
Böyük Britaniya və Amerika kardioloqları ürək xəstəliklərindən qoruyan əsas 3 amil aşkar ediblər.

Onların fikrinə görə, ürəyi və damarları bir çox xəstəliklərdən qorumaq üçün yalnız bu 3 şərtə əməl etmək kifayətdir:

- Düzgün qidalanmaq. Burada əsasən Aralıq dənizi pəhrizi nəzərdə tutulur. Bu pəhriz ürək-damar sistemi üçün ən faydalı pəhriz sayılır. Aralıq dənizi pəhrizi dedikdə zeytun yağı, tərəvəzlər, balıq və qoz-fındıqla zəngin olan pəhriz nəzərdə tutulur.

Bu zaman rəfinə edilmiş karbohidratlar (şəkər, şirniyyatlar) qidalanmada minimuma çatdırılmalıdır.

- Stresdən uzaq olmaq. Bu da ən vacib şərtlərdən biridir. Çoxsaylı elmi araşdırmalar göstərir ki, stress, xüsusilə xroniki stress ürək-damar sistemi xəstəliklərinin əsas risk faktorlarından biridir.

- Fiziki aktivlik. Alimlər insanlara ən azı həftədə 3 dəfə 30 dəqiqə ərzində tez yeriməyi tövsiyə edir. Mütəxəssislərin fikrinə görə, tez yerimək qaçmaqdan daha faydalıdır.
Bu xəbər oxucular tərəfindən 583 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed