Şrift:
Sel Zəncan kəndlərinə ağır ziyan vurub, xəsarət alanlar var
01.05.2017 [10:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu gecə yağan güclü yağış nəticəsində sel Zəncan Vilayətinin 6 kəndini bürüyüb, kəndlərə ağır maddi ziyan dəyib, 4 nəfərin xəsarət aldığı bildirilir.

Məlumata görə, Zəncan, Xudabəndə və Mahnişan şəhərlərinin Kəsik, Hüseynə, Abad Göycə, Məntiş, Sazın və Zağa kəndlərini sel-daşqın suları bürüyüb, sel kəndlərdə ciddi fəsadlar törədib.

Zəncan Vilayəti Qızıl Aypara Cəmiyyətinin rəisi Şəhram Mirzayi sel hadisəsində 4 nəfərin xəsarət aldığını bildirib.

Xudabəndə Şəhər İcra Hakimiyyəti başçısı (fərmandar) Babulla Fəthi isə ərazidə yerləşən əkin sahələri və yaşayış məntəqələrinin 80-100 faiz ziyan gördüyünü bildirib. O həmçinin vurğulayıb ki, 3 min hektar buğda əkini sahəsi sel sularına məruz qalaraq ağır ziyan görüb.
Bu xəbər oxucular tərəfindən 492 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed