Şrift:
Qərbi Azərbaycan rəhbərliyi işsizlik probleminin olduqca ciddi olduğunu bildirir
01.05.2017 [10:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycan Vilayətinin yerli məsulları bölgədə hökm sürən yoxsulluq və işsizlik böhranı ilə bağlı həyəcan təbili çalıblar.

Bu barədə Urmiyənin İran parlamentindəki millət vəkili Hadi Bahaduri və Qərbi Azərbaycan valisi Qurbanəli Səadət, Valilikdə iş adamlarının fəaliyyəti və istehsalla bağlı keçirilən iclasda çıxış ediblər.

“Hazırda ictimai şərait çox ağırdır. Əhalidən 10 ay müddətində 5 min məktub qəbul olunub, onlardan 2 mini işsizlərin iş axtarışı ilə əlaqədardır. Bu, işsizlik probleminin böhran həddində olduğuna dəlalət edir. Biz həm də iş və əmək haqqında qanunlarda düzəliş edilməliyik. Qanunlar yeni şərait və iş məfhumuna uyğun olaraq yenilənməlidir”- deyə o bildirib.

Millət vəkili Azərbaycan əhalisinin işə olan münasibətini Yaponiya əhalisi ilə müqayisə edərək qeyd edib ki, “Yaponiyada bir işçi iş zamanında ölərsə, o adam müqəddəs hesab olunur və hörmətlə xatırlanır. Azərbaycan əhalisi də işə münasibətdə və çalışqanlıqda Yaponiya əhalisinə oxşayır, sadəcə onlara şərait yaratmaq lqzımdır”- deyə H.Bahaduri əlavə edib.

Qərbi Azərbaycan valisi Qurbanəli Səadət də öz çıxışı zamanı işsizlik böhranına toxunub.

“Ölkədə məşğulluq sahəsində vəziyyət olduqca kirtikdir. Hazırda sözün əsl mənasında işsizlik böhranı yaşanır, bunu inkar etmək qeyri-mümkündür. Bizim yüksək iqtisadi tərəqqiyə nail olmağımız üçün ciddi yatırımçılara ehtiyacımız var. Bu məsələ vaxtı ilə ölkə iqtisadiyyatına qoyulan sanksiyalara görə mümkün olmurdu, lakin sanksiyalar götürüldükdən sonra hələ də yatırımçılar bölgəyə yatırım qoymaqda ciddi çətinliklərlə üzləşir, bu problem öz həllini tapmalıdır”- deyə vali çıxışı zamanı bildirib.

FacebookTwitterGoogle+
Bu xəbər oxucular tərəfindən 539 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed