Şrift:
Milli Dirçəliş Hərəkatı Partiyasının açıqlaması
01.05.2017 [12:52] - Xəbərlər, MDH
Bizim əsas hədəflərimizdən biri də itirlimiş insanları yenidən bu millətə və bu dövlətə qazandırmaqdır ki, bu da Fərəc Quliyevin ideyasıdır.


Milli Dirçəliş Hərəkatı Partiyasının aktiv, geniş fəaliyyəti və ölkədə milli-demoqratik düşüncə mərkəzinə çevrilməsi, təbii olaraq anti-milli və anti-demoqratik qüvvələrdə qıcıq yaradır. Xüsusən partiya sədri Fərəc Quliyevin Rusiyanın Azərbaycana qarşı yürütdüyü imperiyaçılıq siyasətinə və bu məqsədlə ölkəmizdə şəbəkələşdirilmiş “5-ci kolon”-a qarşı sərt mövqeyi və mübarizəsi ilə seçilməsi qarşı tərəfin davamlı şər-böhtan xarektirli hücumları ilə müşahidə olunur.
Azərbaycanın müstəqillik aktını hazırlayan və onun qəbuluna səs verən istiqlalçı deputatlardan olan və Sovet imperiyasına qarşı silahlı mübarizə aparan, hətta bu imperiyanın ordusunun əlindən döyüşərək bir strateji yüksəkliyi alan Fərəc Quliyevi imperiyalist düşüncə zatən düşmən olaraq görürdü.
Son illərdə Rusiyanın yenidən artan imperiyaçılıq maraqlarına qarşı mübarizənin ön sıralarında yenə də Fərəc Quliyevi görən qarşı tərəf ona qarşı bütün mübarizə metodlarından istifadə etməkdədir. Siyasi və ideoloji mübarizədə həmişə məğlub olan imperiya düşüncəsi öz nökərləri vasitəsiylə şər-böhtan metodlarından istifadə edir. Nökərlər də öz ağıllarına görə, öz səviyyələrində işlər görürlər. Zaman-zaman Fərəc Quliyevə və onun sədri olduğu MDHP-yə qarşı olan bütün çirkin niyyətlərin qarşısı alınmış və lazımı şəkildə cavablandırılaraq, həqiqət bütün ictimaiyyətə bəyan edilmişdir.
Son günlər isə özünü media nümayəndəsi kimi təqdim edən daha bir nəfər adlarını ilk dəfə oxuduğumuz iki sayta yerləşdirdiyi bir “məqalə” ilə Fərəc Quliyevə çamur atmağa çalışıb ki, ağasından təşəkkür alsın.
Təbii ki, müəllifin və saytların adları çəkiləcək qədər lüzumlu olmadıqları kimi, nə deyildiyi anlaşılmayan həmin yazıya da hər hansı bir səviyyədə cavab verməyə lüzum yoxdur. Daha doğrusu cavab veriləcək bir məqam yoxdur. Diqqət çəkən məqam yazanın ifadələri ilə öz səviyyəsini göstərməsi və yazdığı böhdandır. O, öz məqsədində Fərəc Quliyevi millət vəkili olaraq, başqa bir deputat həmkarı ilə birlikdə fəaliyyətsizlikdə “ittiham edir”.
Əvvəlcə bildirək ki, o və onun kimi bəzi “jurnalistlər” yaxşı bilirlər ki, Fərəc Quliyev öz liderlik, millətsevərlik və humanistlik xüsusiyyətlərindən dolayı heç kimə, xüsusən də media nümayəndələrinə qarşı dedikləri yalan və böhdana görə məhkəmə dili ilə danışmır, ona görə belə rahat davrana bilirlər. Ancaq anlamırlar ki, böhdanla şəxsin işgüzar nüfuzuna xələl gətirən həqarətli ifadələr işlətməklə, eyni anda 3 cinayət törətmiş olurlar və həyatlarını böhdan dedikləri adamın mərhəmətinə buraxırlar.
İndi isə Fərəc Quliyevin millət vəkili kimi fəaliyyətsizlikdə suçlanılması ilə bağlı deyilmiş böhdanlarla bağlı bildirmək istəyirik ki, az əvvəl qeyd etyimiz kimi, həmin “məqalədə” cavab veriləcək məqam yoxdur, sadəcə deputatın fəaliyyətindən məlumatsız olanlar üçün təkrar bir neçə məqamı qeyd etmək istəyirik:
Fərəc Quliyevin təşəbbüsü ilə hər həftə seçicilərlə məhəlli görüşlər keçirilir, onların şəxsi və ərazidə olan problemləri dinlənilir, edilmiş müraciətlərlə bağlı yerində baxış keçirilir, sakinlərlə milli, vətənpərvərlik və dövlətçilik istiqamətində söhbətlər aparılır;
Hər həftənin bir günü millət vəkilinin seçildiyi ərazidə fəaliyyət göstərən ofisində seçicilərin qəbulu keçirilir;
Qəbul günlərindən əlavə, istənilən vaxt müraciət etmiş sakinlərin qəbulu keçirilir və müraciətlərinə baxılır;
Müraciət edənlərə seçici olub, olmamalrı fərqi qoyulmur;
Mütamadi olaraq ölkənin problemləri ilə bağlı millət vəkili kimi Milli Məclisdə məsələ qaldıran Fərəc Quliyev demək olar ki, bütün iclaslarda təkliflərlə çıxış edir, problemlərin həlli yollarını göstərir.
Bu sadalananlar onun təkcə seçicilərlə iş mexanizminin bir hissəsidi.
Deputat kimi onun qanunların hazırlanmasında və müzakirəsində, dövlətin bütün qurumlarının hesabtlarındaki xalqın mövqeyindən etdiyi çıxışlar, Avronest Parlament Assambleyasının üzvü və bir neçə parlamentlərarası dostluq qrupunun və işçi heyyətinin üzvü kimi aktiv beynəlxalq fəaliyyəti, siyasi lider və partiya sədri kimi aktiv ictimai-siyasi fəaliyyəti və s. isə mətbuat vasitəsiylə zatən ictimaiətə çatdırılır və cəmiyyətəin gözü önündədir.
Məhz belə geniş fəaliyyətinə görə imperiyalistlər onu sevmir və “5-ci kalon”-un hədəfinə çeviriblər. Çünki, onlar üçün Azərbaycanın inkişafında xidmətlər göstərən aktiv vətəndaşlar potensial düşməndirlər.
Lakin bütün bunları ən azından mətbuatdan oxumayacaq qədər tənbəl və məlumatsız bir adama iş tapşırmaq (əmr etmək) asandır. Belələri zatən yazdıqları yalanlardan utanmayacaq qədər çılız olurlar.
Bütün bu qeyd edilənlərlə bağlı bir daha qeyd edirik ki, Milli Dirçəliş Hərəkatı Partiyası olaraq açıqlama verməkdə məqsədimizi ondan ibarətdir ki, imperiya nökərlərinin yazdıqları yalanlar kimlərdəsə partiyanın lideri və bütün həyatını Azərbaycanın müstəqilliyi və dirçəlişinə həsr etmiş Fərəc Quliyev haqqında yanlış təəsurat yaratmasın. İmperiyanın potensial düşmən hesab etdiyi milli qüvvələrə qarşı öz nökərləri vasitəsiylə çamur atması artıq adi hala çevrilib.
Lakin bizim üçün adi olmayan və həmişə təəssüf doğuran məqam ondan ibarətdir ki, bu nökərlər bizim öz millətimizinin nümayəndələridi. Ona görə də bizim əsas hədəflərimizdən biri də bu itirlimiş insanları yenidən bu millətə və bu dövlətə qazandırmaqdır ki, bu da Fərəc Quliyevin ideyasıdır.

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 845 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed