Şrift:
Fərəc Quliyevin: Türklər üçün yunan fəlsəfəsi və xristian adətlərinə söykənmiş Avropa evinin qapısını döymək mənasızdır (video)
01.05.2017 [14:58] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“AB ilə bərabərhüquqlu əməkdaşlıq Türk Birliyi yarandıqdan sonra mümkündür”


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Xəzər Televiziyasında “Gündəm” verilişinin qonağı olub. Avropa Şurası Parlament Assambleyasının Türkiyəni monitorinq altına alması ilə bağlı qərarının müzakirəsinə həsr edilmiş verilişdə partiya sədri bildirib ki, Türkiyənin Qərbin inkişafına verdiyi böyük töhfələrə baxmayaraq bu gün bu və digər formalarda Türkiyəyə qarşı sərgilənən ədalətsiz münasibət Qərbin Türk dünyasına və İslam dünyasına olan aqressiyanın göstəriciləridir ki, bu da öz növbəsində artıq yunan fəlsəfəsi və xristian adətlərinə söykənmiş Avropa evinin qapısını döyməyin mənasız olduğunun təsdiqidir.
Millət vəkili bildirir ki, Türk cümhuriyyətlərinin Türk və İslam ənənələrinə söykənən bir birliyinin yaradılması vacibdir ki, bərabərhüquqlu əməkdaşlıq şərtləri məcburiyyəti yaransın.
Fərəc Quliyevin mövzu ilə bağlı həmin verilişdəki şərhlərinin videosunu təqdim edirik:



VİDEO AÇILMAZSA BURAYA TIKLAYIN
Bu xəbər oxucular tərəfindən 546 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed