Şrift:
Çempionlar Liqasında ilk yarımfinal oyunu keçiriləcək
02.05.2017 [10:09] - İdman
Bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək.
İspaniya paytaxtında "Real Madrid"lə "Atletiko" komandaları üz-üzə gələcək.
"Santyaqo Bernabeu" stadionunda təşkil olunacaq qarşılaşmanı ingiltərəli referi Martin Atkinson idarə edəcək.
Bu komandalar 2013-2014 və 2015-2016 mövsümlərində ÇL-in finalında, 2014-2015 mövsümündə isə 1/4 finalda üz-üzə gəliblər. Hər üç halda "Real Madrid" qələbəyə nail olub. İspaniya La Liqasında çempionluq şansını itirən Dieqo Simeonenin komandasının "kral klubu" ilə oyuna qisas hissi ilə çıxacağı gözlənilir.
"Real Madrid" isə ardıcıl 7-ci dəfə ÇL-in yarımfinalına yüksəlir. Bununla da Zinəddin Zidanın baş məşqçi olduğu kollektiv "Barselona"ya məxsus rekordu təzələyib.
Çempionlar Liqası
Yarımfinal mərhələsi, ilk oyun
22:45. "Real Madrid" (İspaniya) - "Atletiko" (İspaniya)
Baş hakim: Martin Atkinson (İngiltərə)
"Santyaqo Bernabeu" stadionu
Qeyd edək ki, digər yarımfinal görüşü mayın 3-də Fransa "Monako"su ilə İtaliya "Yuventus"u arasında keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 440 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed