Şrift:
Silahlı Qüvvələrdə iməcilik təşkil olunacaq
02.05.2017 [10:12] - Hərb
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü və faşizm üzərində Qələbənin 72-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində mayın 6-da iməcilik təşkil olunacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ərazidə ekoloji mühitin sağlamlaşdırılması və abadlaşdırılması məqsədilə təşkil olunacaq iməcilik zamanı hərbi şəhərciklərdə, eləcə də digər hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağaclar, gül kollarının əkilməsi və yaşıllıq zolaqları salınması nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 178 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed