Şrift:
"Tezliklə düşmən ölkə əllərinin arxasını yerə qoymağa məcbur olacaq" AÇIQLAMA
02.05.2017 [11:00] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Ermənistan üçün təcavüzü əvvəlcədən planlaşdırma (assimust, aqressimust) siyasəti var. Dağlıq Qarabağ münaqişəsi də bu siyasətin qurbanıdır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fərəc Quliyev deyib.

Ermənistanın mövcud status-kvonu dəyişdirməkdə maraqlı olmadığını deyən deputat bildirib ki, məhz bunun nəticəsidir ki, Ermənistan danışıqlardan qaçır.

Moskvada baş tutan üçtərəfli görüş haqqında fikirlərini bildirən F. Quliyev Azərbaycan-Ermənistan arasında aparılan danışıqlardan müsbət nəticə gözləmədiyini dilə gətirib: “Azərbaycan Xarici İşlər Nazirliyi də görüşlə bağlı bəyanat verdi ki, Moskvada XİN başçılarının görüşü prezidentlərin görüşünə hazırlıq deyildi və görüşdə bununla bağlı müzakirə aparılmayıb. Əgər Ermənistan danışıqların uzanmasına çalışırsa, Azərbaycan daha da güclənmək, hərbi qüdrətini artırmaq, müttəfiqlərini ətrafına daha sıx birləşdirməklə məşğul olmalıdır”.

Ermənistanda ağaların zəifləməsi tendensiyasının davam etdiyini vurğulayan F. Quliyev qeyd edib ki, günün birində Azərbaycan ordusu öz sözünü deyəcək: “Bilirsiniz ki, nə ATƏT-in Minsk qrupunda olan dövlətlər, nə də Ermənistan və onun ağaları Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi yanaşmır. Lakin düşmən ölkə Azərbaycanın gücləndiyini görür və hesab edirəm ki, tezliklə düşmən ölkə əllərinin arxasını yerə qoymaq məcburiyyətində qalacaq”.

Qeyd edək ki, aprelin 28-də Moskvada Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə keçən il Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlər əsnasında prezidentlər səviyyəsində aparılmış substantiv danışıqlar ətraflı müzakirə edilib.

Nailə Məhərrəmova
Bu xəbər oxucular tərəfindən 656 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed