Şrift:
Nadir Qazipur: Cənab Ruhani fəhlələrin ev məsələsi bəs nə oldu?!
02.05.2017 [12:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur Həsən Ruhani hakimiyyətini zəhmətkeş təbəqəyə diqqətsizlikdə günahlandırıb.

O bu barədə mayın 1-də işçilər qarşısında çıxış edərkən danışıb.

“Fəhlələrin etirazı göstərir ki, Həsən Ruhani hakimiyyəti onların hüquqları uğrunda heç bir tədbir görməyib. Konstitusiyaya görə, hökumət fəhlələrin evlə təmin edilməsi ilə bağlı tədbir almalıdır, lakin indiki hakimiyyət etdiyi bütün iddialara rəğmən belə bir addım atmayıb”- deyə o bildirib.

Parlamentin Sənaye və Mədən Komissiyasının üzvü həmçinin bildirib ki, son 4 ildə fəhlələrin hüquqlarının təmini uğrunda heç bir layihə parlamentə təqdim olunmayıb. “Bu gün cənab Ruhanidən soruşmaq lazımdır ki, bəs ərzaq səbəti, fəhlələrin ev məsələsi və diger tələblər nə oldu?! Hökumət düz deyirsə, ilk öncə Sosial Təminat Təşkilatına olan milyardlarla rial borcunu ödəsin ki, bu təşkilat da fəhlələrin qarşısında öz öhdəliyinə əməl edə bilsin. Ama heç nə görmürük. Bunlar, seçkilər yaxınlaşdığına görə fəhlələrin səsini qazanmaq üçün müəyyən sözlər deyirlər, lakin seçkilər bitdikdən sonra yenə də zəhmətkeş təbəqə unudulacaq”- deyə N.Qazipur vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 396 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed