Şrift:
UEFA Çempionlar Liqası: Madrid “Real”ı finalın bir addımlığında
03.05.2017 [10:03] - Gündəm, İdman
Mayın 2-də UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

Madridin “Santyaqo Bernabeu” stadionunda baş tutan görüşdə əzəli rəqiblər – “Real” və “Atletiko” qarşılaşıb. Matçda üstün tərəf olan “Real” portuqaliyalı ulduzu Kriştiano Ronaldonun 10, 73 və 86-cı dəqiqələrdə vurduğu qollarla rəqibini 3:0 hesabı ilə məğlub edib.

Bununla da K.Ronaldo Çempionlar Liqasında ardıcıl ikinci oyunda het-trik edib. Bundan əvvəl, o, Münxenin “Bavariya” klubunun qapısından 3 top keçirmişdi.

Beləliklə, “Kral” klubu ardıcıl ikinci il Çempionlar Liqasının finalına vəsiqə qazanmağa yaxınlaşıb.

Qeyd edək ki, Dieqo Simeonenin komandası UEFA Çempionlar Liqasının 2013-2014-cü və 2015-2016-cı il mövsümlərinin final qarşılaşmalarında “Real Madrid”ə məğlub olub.

Yarımfinal mərhələsinin digər matçı bu gün Fransada “Monako” və “Yuventus” komandaları arasında baş tutacaq.
Bu xəbər oxucular tərəfindən 257 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed