Şrift:
Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər
03.05.2017 [09:24] - Gündəm, Gənclik
“Bu gün Azərbaycan gəncləri cəmiyyətin bərabərhüquqlu üzvləri kimi ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti öz müsbət nəticələrini verməkdədir”.

Bu fikirlər mayın 2-də Masallı şəhərindəki Gənclər Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda keçirilən konfransda səsləndirilib.

Tədbirdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatların bütün sahələrdə, o cümlədən gənclər və idman sahəsinin inkişafında, müasir gəncliyin formalaşmasında böyük rolu olub.

Qeyd olunub ki, bu gün Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev də gənclər siyasətinə eyni diqqətlə yanaşır.

Konfransda çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Oktay Mütəllimov, rayon təhsil şöbəsinin metodisti Abbas Abbaszadə və başqaları ölkəmizdə, o cümlədən Masallı rayonunda dövlət gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən, bu sahədə həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı uğurları dövlətimizin başçısının gənclərə göstərdiyi qayğının bariz nümunəsi kimi dəyərləndiriblər.
Bu xəbər oxucular tərəfindən 130 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed