Şrift:
İranda hökumətə bağlı sayt Vahid Azərbaycan xəritəsindən istifadə edib!
03.05.2017 [10:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran hökuməti və Teleradio Şirkətinə bağlı Cavan Müxbirlər Klubu Xəbər Agentliyi yaydığı xəbərdə Vahid Azərbaycan xəritəsindən istifadə edib.

Xəbər agentliyi Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında viza rejiminin ləğvinə dair danışıqlar haqda yaydığı xəbərdə belə bir xəritədən istifadə edib. Xəritədə Güney və Quzey Azərbaycanın üçrəngli bayraq altında birləşdiyi əks olunub.

“Trend”ə istinadən yayılan xəbər 2016-cı il dekabrın 2-də dərc olunub, lakin üstündən uzun müddət keçəsinə baxmayaraq şəkil olduğu kimi qalıb.

İran saytında Vahid Azərbaycan bayrağının yayılmasının əsas səbəbi məlum deyil.
Bu xəbər oxucular tərəfindən 336 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed