Şrift:
Parlamentin 02 may 2017-ci il tarixli iclasında Fərəc quliyev 3 çıxışla yadda qaldı
04.05.2017 [16:55] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Məclisdə Fərəc Quliyevin Avropa Şurasının Türkiyəyə qarşı ədalətsiz mövqeyi ilə bağlı da çıxış etdi.(həmin çıxışın tam mətni)

Düşmənə 1-2 ay vaxt vermək lazımdır,bundan sonra biz uzun və yorucu olsa belə, savaşa başlayıb, ərazilərimizi işğaldan azad etməliyik.

Hörmətli həmkarlar!

Biz nə qədər tolerant davransaq da, ortada xristian təəssübkeşliyi var. Ona görə də biz bu məsələlərdən dərs alaraq Azərbaycanın maraqlarından çıxış edib addımlar atmalıyıq.

Avropa strukturlarında xristian təəssübkeşliyini Almaniya kansleri də etiraf etdi, ifadə etdi ki, Avropa Birliyi bir xristian klubudur və biz Türkiyəni “xristian klubuna” buraxa bilmərik. Türkiyəni çökdürmək istəyirlər.

Bizim də torpaqlarımız işğal altındadır və bununla bağlı addım atmaq istəmirlər. Biz parlamentdə nəhayət, Dağlıq Qarabağ məsələsini geniş müzakirəyə çxıartmalıyıq. BMT qətnamələrini ortaya qoymalı, bəyan etməliyik ki, siz qərarların icrası istiqamətində addım atmırsınızsa, imkan verin, biz

torpaqlarımızı azad edək! Bizim oturub onların hansısa iş görəcəyini gözləməyimiz heç bir məntiqə sığmır. Hesab edirəm ki, BMT, ATƏT və digər qurumlar konkret addımlar atmayacaqlarsa, düşmənə 1-2 ay vaxt vermək

lazımdır,bundan sonra biz uzun və yorucu olsa belə, savaşa başlayıb, ərazilərimizi işğaldan azad etməliyik.Baxmayaraq ki,qisa zamanda bunu etməyin mümkünlüyün düşünürəm. Aydındır ki, Türkiyədən sonra sıra Azərbaycana,digər Türk Cümhuriyyətlərinə gələcək. Bu, islamafobiyadır,keçən əsrdə həyata keçirilməyə çalışılan məşhur “Şərq məsələsinin”yeni təzahürüdür.Türkiyəyə qarşı 4T –tanıma,tanıtma,təzminat,torpaq düsturunun həyata küçirilməsi cəhdidir. Müttəfiqlərimizə dəyən zərbə,onların zəiflədilməsi təbii ki, bizə də zərər verir.Unutmayaq ki,xüsusi himəyadarlıqla Erməmistan Türkiyə ərazisi Ağrıdağı gerblərinə salıb,bizim də ərazilərimizi işgal altına salıb.Türkiyəni əzəndən sonra başqa müsəlman,Türk dövlətlərinə də münasibət eyni olacaq!

Biz Türkiyə ilə mədəni və iqtisadi münasibətləri siyasi- hərbi müstəviyə keçirərək Türkiyə ilə birgə düşmənlərə qarşı birgə hərbi əməliyyatlar keçirmə səviyyəsinə qədər birgə addımlar atmalıyıq .Bir daha parlamentin Qarabağla bağlı xüsusi iclasının keçrilməsini təklif edirəm.

Sag olun.

Milli Dirçəliş Hərəkatı Partiyasının mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 778 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed