Şrift:
Urmiyədə şairlər ensiklopediyası nəşr olunacaq
04.05.2017 [17:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyə Hacı Pirli Mədəniyyət Evinin məsulu Əhməd Əsədi “Urmiyə şairləri ensiklopediyası”nın (Dairətul-maarif) nəşr olunacağını açıqlayıb.

O bu barədə Hacı Pirli Mədəniyyət Evi şeir və ədəbiyyat qrupunun keçirdiyi iclasda çıxış edib.

“Ötən əsirlərdə və hazırda Urmiyədə çox sayda şair olub. Onlar şeir sahəsində yüksək istedad və duhaya malik olublar, lakin bir çoxu tanınmadan vəfat edib. Hazırda bu şairlərin ensiklopediyasının hazırlanmasına böyük ehtiyac var. Bu barədə böyük ustadlarla məşvərət edildikdən sonra ensiklopediyanın hazırlanmasına qərar verilib”- deyə Ə.Əsədi qeyd edib.

O vurğulayıb ki, Urmiyə şairlərinin ensiklopediyasının hazırlanması Hacı Pirli Mədəniyyət Evinin ən seçilmiş və yüksək səviyyəli işi olacaq.

“Düşünürəm ki, təxminən 300 şairin tərcümeyi-halı və şeir əsərlərini toplayıb və araşdırmalıyıq. Bu çox əhəmiyyətli bir işdir və bu zəmində nəşr olunacaq kitab Urmiyənin şeir və ədəbiyyat sahəsində ən böyük hadisələrdən biri olacaq. Əsərə daxil olacaq şairlərin əksəriyyəti Səfəvi dövründən günümüzə qədər Urmiyədə yaşamış şairlərdən ibarət olacaq”- deyə Ə.Əsədi əlavə edib.
Bu xəbər oxucular tərəfindən 427 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed