Şrift:
Türkiyəli boksçular böyük həvəslə IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşır
04.05.2017 [17:37] - Gündəm, Türk dünyası-Turan
Türkiyəli boksçular böyük həvəslə IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşırlar. Bunu Türkiyə Boks Federasiyasının rəhbəri Eyyub Gözgeç deyib.

Onun sözlərinə görə, boksçular yarışlara hazırlıq məqsədilə Balıkesir vilayətinin Ayvalık şəhərindəki düşərgədə məşq edirlər:

"Çox şadıq ki, IV İslam Həmrəyliyi Oyunları qardaş ölkədə - Azərbaycanda keçirilir. Türkiyə və Azərbaycan idmançılarına yarışlarda uğurlar arzulayırıq".

E.Gözgeç bildirib ki, İslam Həmrəyliyi Oyunları irimiqyaslı idman tədbirlərindən biridir:

"Azərbaycan 2015-ci ildə Birinci Avropa Oyunlarını keçirdi. Belə iri tədbirləri təşkil etmək üçün güclü iradə lazımdır. Əminəm ki, IV İslam Həmrəyliyi Oyunları da yüksək səviyyədə təşkil ediləcək".

Qeyd edək ki, Türkiyəni Bakı-2017-də boks yarışlarında 10 idmançının təmsil edəcəyi gözlənilir.

Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunların mayın 8-22-də Bakıda keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 464 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed