Şrift:
Pentaqon Şimali Koreyanı qlobal təhlükə adlandırıb
05.05.2017 [10:19] - Siyasət
ABŞ Koreya Xalq Demokratik Respublikasını regional deyil, qlobal təhlükə adlandırıb.
Bunu ABŞ Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Komandanlığının rəhbəri general Reymond Tomas deyib.
Onun sözlərinə görə, Pxenyanın davranışları "get-gedə daha da müəmmalı" olmağa başlayıb.
"KXDR əvvəllər regional təhlükə kəsb edirdi. İndi isə o, nüvə silahı və ballistik raketlər əldə etməyə cəhdləri səbəbindən qlobal təhlükəyə çevrilib", - deyə RİA "Novosti" Amerika generalının sözlərini sitat gətirib.
Bu xəbər oxucular tərəfindən 385 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed