Şrift:
Mosulda məktəb binası raket atəşinə tutulub, 81 nəfər ölüb
05.05.2017 [10:20] - Türk dünyası-Turan, Hərb
Mosulun qərbində yerləşən Əl-Vela məktəbinin binası raket atəşinə məruz qalıb.
Bu barədə yerli təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən "Anadolu" agentliyi məlumat yayıb.
Bombardıman nəticəsində 18-i uşaq olmaqla, 81 nəfər dünyasını dəyişib. Ölənlər İraqın hökumət qüvvələri ilə İŞİD arasında gedən döyüşlərdən məktəb binasında gizlənənlər olublar. Raket zərbələrinin kim tərəfindən endirildiyi hələ ki, məlum deyil.
Bu xəbər oxucular tərəfindən 325 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed