Şrift:
Taleb Rifai: Azərbaycan dünyada böyük nüfuza malikdir
06.05.2017 [09:33] - Xəbərlər, Siyasət
Böyük şərəf və iftixar hissi ilə bu gün burada sizinləyəm, Bakıdayam. Bakı gözəl şəhərdir. Ötən gecə Bakını seyr etmək, onun gözəlliyini görmək imkanımız oldu. Bir daha şahidi oluruq ki, paytaxtınız daha da gözəlləşir. Bir il əvvəl gəldiyim zamanla indiki vaxtı müqayisə edərək görürəm ki, nə qədər böyük dəyişikliklər olub. Bakının bu gözəl, saf enerjisini duyuram.

BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışında söyləyib.

“Azərbaycan elə bir diyar, elə bir ölkədir ki, dünyada böyük nüfuza malikdir. Biz Azərbaycanı “Odlar diyarı” adlandırırıq. Əsrlər boyu belə olub. Azərbaycan gözəl bir məkandır”, - deyə baş katib qeyd edib.

Taleb Rifai bildirib ki, XXI əsrdə bundan sonra dünyanın müxtəlif yerlərində insanlar təhlükəsiz və daha yaxşı şəraitdə yaşayacaqlar. Bizim qlobal çağırışlarımız yalnız tərəfdaşlıq yolu ilə aradan qaldıra bilər. Bunun başqa yolu yoxdur. Buna görə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ideal bir fürsətdir ki, biz öz öhdəliklərimiz haqqında düşünək.
Bu xəbər oxucular tərəfindən 413 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed