Şrift:
Urmu gölünün 1000 kvadrat kilometrdən çoxu yenidən canlandırıla bilməz – Kəlantəri
06.05.2017 [09:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmu Gölünü Canlandırma Mərkəzinin rəisi İsa Kəlantəri gölün gələcəyi ilə bağlı yeni açıqlama ilə çıxış edib.

O mayın 4-da jurnalistlərlə danışıqda Urmu gölünün vəziyyəti və təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib.

“Bəzilərinin yalnış iddiasına rəğmən Urmu gölünün dirçəldilməsi təmami ilə mümkündür və bu istiqamətdə çoxlu işlər də görülüb. Lakin bilməliyik ki, gölün 1030 kvadrat kilometri daha yenidən canlandırıla bilməz”- deyə İ.Kəlantəri bildirib.

Urmu Gölünü Canlandırma Mərkəzinin rəisi canlandırılması mümkün olmayan ərazilərdə vəhşi həyat parkı salınacağını da diqqətə çatdırıb.

İsa Kəlantəri göllə əlaqədar görülən işlərlə bağlı ölkə rəsmiləri tərəfindən səsləndirilən əsassız iddialara birini də əlavə edib. O vurğulayıb ki, Urmu Gölünü Canlandırma Mərkəzi son 3 ildə duz fırtınalarının qarşısını almağa çalışıb və bu istiqamətdə 70 faiz nəticə əldə olunub.

İsa Kəlantəri azərbaycanlı millət vəkillərinin ona qarşı səsləndirdikləri müxtəlif tənqidləri də cavablandırıb. “Bizim bütün işlərimiz səlahiyyətli orqanların nəzarəti altındadır. Millət vəkilləri isə büdcə vəsaitinin xərclənilməsi ilə bağlı iddialarına sənəd və fakt göstərməlidilər. Onlar seçkilərdə səs qazanmaq vəya digər mənafeləri naminə belə tənqidlər səsləndirirlər, lakin heç birinin əsası yoxdur”- deyə o vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 630 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed