Şrift:
GünAz TV “İran Global” saytının məsullarını sərbəst danışıq üçün verilişə dəvət edib
06.05.2017 [10:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Televiziya rəhbəri Əhməd Obalının Avropa ölkələrinə səfəri başa çatdıqdan və fars dilində yayımlanan proqramın davam etdirməsinə şərait yarandıqdan sonra “İran Global” saytının məsulları sərbəst danışıq üçün verilişə dəvət edilib. Verilişdə Azərbaycan Milli Hərəkatına qarşı “İran Global” saytı vasitəsi ilə yayılan müxtəlif şəxslərin ittiham və təxribatlarına cavab veriləcək, bu barədə bəhs olunacaq.

“İran Global” saytının müdiri cənab Kiyanuş Təvəkküli ilə razılaşdırılan proqram mayın 12-i Təbriz vaxtı ilə saat 20:30-da yayımlanacaq. Proqrama sözügedən saytın məsulları Kiyanuş Təvəkküli və A.Elyar qatılacaq.

Proqramda mövzu ilə bağlı istənilən məsələyə toxunmaq mümkün olacaq, bununla yanaşı mövzuya daha yaxşı təmərküz etmək məqsədi ilə heç bir şəxsdən ad aparılmayacaq.
Bu xəbər oxucular tərəfindən 501 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed