Şrift:
Güney Azərbaycan: Biləsuvarda şahsevən əşayirlərinin festivalı keçirilib
06.05.2017 [10:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə Biləsuvar Şəhər İcra Hakimiyyəti başçısı (fərmandar) Aram Həlim cümə günü jurnalistlərə məlumat verib.

“Vilayətdə yaşayan şahsevən əşayirlərinin 39 faizi Biləsuvar sakinləridir. Onların sayı təxminən 15 min nəfərdir, buna baxmayaraq hər il ölkəyə 200 milyard tümən məbləğində xeyir verirlər. Əşayirlər hər zaman həyatda öz imkanlarına söykəniblər. Ona görə də, onların həyat tərzini əks etdirən festival keçirildi. Lakin düşünürəm ki, əşayirləri yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də tanıtdırmaq lazımdır”- deyə o bildirib.

İcra Hakimiyyəti başçısı əlavə edib ki, festivalda əşayirlərin klassik həyat tərzini əks etdirmək məqsədi ilə 50 bölüm və 30 alaçıq yaradılmışdır.

Aram Həlimin sözlərinə görə, festivalda əşayir tayfalarının köç etməsi, yerli idman növləri və onların özünüməxsus digər adət-ənənələrindən bəhs edən proqramlar nümayiş etdirilib.

Keçirilən festivalın əsas məqsədi əşayirlərin köçetmə ənənəsini tanıtdırmaqdan ibarət olub.
Bu xəbər oxucular tərəfindən 426 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed