Şrift:
Fransada seçkilərin ikinci turunda səsvermə üçün məntəqələr açılıb
07.05.2017 [13:24] - Gündəm, Sosial
Fransada prezident seçkilərinin ikinci turunda səsvermə üçün yerli vaxtla 08:00-də (10:00 GMT+4) seçki məntəqələri açılıb.

İkinci turda prezidentlik uğrunda mübarizədə Fransanın sabiq iqtisadiyyat naziri, "İrəli" hərəkatının lideri Emanuel Makron və "Milli cəbhə" partiyasının namizədi Marin Le Pen iştirak edirlər.

Qeyd edək ki, Fransada prezident seçkilərinin ilk turu aprel ayının 23-ü leçirilib. Seçkilərdə Emanuel Makron 24,01 faiz səs toplayıb, Marin Le Pen isə 21,3 faiz.

Fransa sakinləri 66 min 546 seçki məntəqəsində səs verə biləcək. Seçki günü təhlükəsizliyin təmin olunmasına hüquq-mühafizə orqanlarının təxminən 50 min əməkdaşı cəlb olunacaq.
Bu xəbər oxucular tərəfindən 346 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed