Şrift:
Prezidentin Xüsusi Tibb Xidmətinin rəhbər işçilərinə diplomatik pasport veriləcək
08.05.2017 [10:02] - Gündəm, Siyasət
Azərbaycan Prezidentinin İşlər İdarəsinin və Prezidentin Xüsusi Tibb Xidmətinin rəhbər işçilərinə diplomatik pasport verilməsi gözlənilir.
Bununla bağlı "Pasportlar haqqında" qanuna dəyişiklik edilməsi təklif edilir.
Qanunun 6-cı maddəsinin birinci hissəsinin 1-ci bəndində diplomatik pasport verilən şəxslərin siyahısı nəzərdə tutulub. Həmin siyahıya əsasən, Azərbaycan Prezidentinin Administrasiyasının, Milli Məclisinin, Nazirlər Kabinetinin və Konstitusiya Məhkəməsinin aparatlarının və sair orqanların rəhbər işçilərinə (şöbə müdirləri də daxil olmaqla yuxarı vəzifəlilər) diplomatik pasport verilir.
Azərbaycan Prezidentinin İşlər İdarəsinin və Prezidentin Xüsusi Tibb Xidmətinin rəhbər işçiləri həmin siyahıda olmadığı üçün, onlara diplomatik pasportun verilməsi nəzərdə tutulmayıb.
Azərbaycan Prezidentinin İşlər İdarəsinin və Prezidentin Xüsusi Tibb Xidmətinin rəhbər işçilərinə diplomatik pasport verilməsi üçün onların həmin siyahıya əlavə olunması təklif edilir.
Layihəyə Milli Məclisin mayın 16-da keçiriləcək plenar iclasında baxılacaq.
Bu xəbər oxucular tərəfindən 262 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed