Şrift:
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına futbol yarışları ilə start verilir
08.05.2017 [10:03] - İdman
IV İslam Həmrəyliyi Oyunlarına bu gün Bakıda keçiriləcək futbol yarışları ilə start veriləcək. Açılış matçı Səudiyyə Ərəbistanı və Mərakeşin 23 yaşadək futbolçulardan ibarət komandaları arasında olacaq.
A qrupunda yer Azərbaycan milli komandası isə ilk görüşdə Kamerun yığması ilə üz-üzə gələcək. "Bayıl Arena"da keçiriləcək oyun saat 18:30-da başlayacaq.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi mayın 12-də keçiriləcək. 56 ölkənin və İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) bayrağı altında çıxış edəcək idmançılar 20 növ üzrə 269 medal dəsti uğrunda mübarizə aparacaqlar.
İslam Həmrəyliyi Oyunları ilk dəfə 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. 2009-cu ilin oktyabrında İranda reallaşması nəzərdə tutulan növbəti Oyunlar 2010-cu ilin aprelinə təxirə salınıb və sonradan ləğv olunub. Sayca üçüncü İslamiada isə 2013-cü ildə İndoneziyada baş tutub.
8 may (bazar ertəsi)
Futbol
A qrupu
10:30. Səudiyyə Ərəbistanı - Mərakeş
"Azal Arena"
18:30. Azərbaycan - Kamerun
"Bayıl Arena"
B qrupu
12:30. Əlcəzair - Türkiyə
"Bayıl Arena"
16:30. Fələstin - Oman
"Azal Arena"
Bu xəbər oxucular tərəfindən 202 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed