Şrift:
Maradona məşqçi karyerasını bərpa edib
08.05.2017 [10:08] - İdman
Dieqo Maradona uzun müddət sonra yenidən baş məşqçi kimi çalışacaq.

Argentinalı əfsanə Birləşmiş Ərəb Əmirlikləri 2-ci liqasında yarışan “Fujairah Sports Club”a təyin olunub.

Xarici mətbuatda gedən xəbərlərə görə, onunla 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, sonuncu dəfə 2011/12 mövsümündə BƏƏ-nin “Əl-Vəsl” komandasında işləmiş Maradona 5 il sonra yenidən iş başında olacaq.
Bu xəbər oxucular tərəfindən 282 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed