Şrift:
“Bakı-2017”nin taekvando yarışlarında Azərbaycan komandasını 12 idmançı təmsil edəcək
08.05.2017 [10:11] - İdman
Azərbaycan Taekvando Federasiyası “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının taekvando yarışlarında Azərbaycanı təmsil edəcək milli komandanın heyətini müəyyənləşdirib.

Taekvando yığmamız bu Oyunlarda 8 kişi və 4 qadın taekvandoçu olmaqla, ümumilikdə, 12 idmançı ilə təmsil olunacaq. Kişilərin yarışında Qaşım Maqomedov (54 kq), Fizam Mehtiyev (58 kq), Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə (68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq) və Radik İsayev (87 kq-dan yuxarı) mübarizə aparacaq.

Qadınların yarışında isə ölkəmizi Patimat Abakarova (49 kq), Yaprak Eriş (57 kq), Darya Şkurko (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcək.

Qeyd edək ki, “Bakı-2017”də taekvando yarışları mayın 16-18-də Bakı İdman Sarayında təşkil olunacaq.

Xatırladaq ki, taekvando üzrə yığmamız IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı son beynəlxalq yarış olan aprelin 27-dən 30-dək Yunanıstanda keçirilmiş “Prezident kuboku” turnirində səkkiz medal qazanıb.
Bu xəbər oxucular tərəfindən 250 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed