Şrift:
Müharibə hər an başlaya bilər - Ordu döyüşə hazır vəziyyətə gətirildi - SƏRT BƏYANAT
08.05.2017 [10:14] - İqtisadiyyat
Cənubi Koreya ordunu döyüşə hazır vəziyyətə gətirib. Bu addım Koreya Xalq Demokratik Respublikası tərəfindən gələ biləcək gözlənilməyən provokasiyalara qarşı önləm olaraq atılıb.

Bu barədə Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Mun San Qyun məlumat verib.
Onun sözlərinə görə, Cənubi Koreyanın silahlı qüvvələri keçirilən prezident seçkilərinə görə gücləndirilmiş döyüş hazırlığı vəziyyətinə gətirilib.

O qeyd edib ki, bu dövrdə Pxenyan ballistik raketin və ya nüvə silahının sınaq uçuşlarını keçirə bilər.

Xatırladaq ki, Cənubi Koreyanın sabiq prezidenti Kın Xe Qal martda öz postunu təhvil verib.
Bu xəbər oxucular tərəfindən 478 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed