Şrift:
Ermənistan prezidenti Azərbaycan ərazisinə gəlib
08.05.2017 [10:18] - Gündəm, Siyasət
Ermənistan prezidenti Serj Sərkisyan bu gün növbəti dəfə qanunsuz olaraq işğal altındakı Azərbaycan ərazilərinə gəlib.

Ermənistan mediasının məlumatına görə, Xankəndi aeportunda Sərkisyanı Qarabağ separatçılarının başçısı Bako Saakyan qarşılayıb.

Erməni prezidentinin Azərbaycan ərazilərində keçiriləcək bayram tədbirlərinə qatılmaq üçün gəldiyi deyilir. Belə ki, S.Sərkisyan 9 may Qələbə günü, “separatçı ordunun yaradılmasının” və Şuşanın işğalının 25 illiyi ilə bağlı tədbirlərə qatılacaq.
Bu xəbər oxucular tərəfindən 239 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed