Şrift:
Azərbaycanın "Eurovision 2017" mahnı müsabiqəsindəki təmsilçisi Dihaj finala vəsiqə qazanıb
10.05.2017 [10:04] - Gündəm, Mədəniyyət
Azərbaycanın “Eurovision-2017” mahnı müsabiqəsində təmsilçisi Diana Hacıyeva (Dihaj) Avropanın nüfuzlu yarışmasının finalına vəsiqə qazanıb.

Müsabiqədə ölkəmizin təmsilçisi Dihaj İsa Məlikovun və Sandra Byormanın müəllifi olduqları “Skeletons” mahnısını ifa edib.

Azərbaycan təmsilçisi geyimindən tutmuş səhnə tərtibatına qədər mükəmməl performans nümayiş etdirib.

Həzin səsi, gözəl ifa tərzi ilə seçilən Dihaj “Eurovision-2017” mahnı müsabiqəsinin favoritlərindən hesab olunur.

Jurnalistlər və bu müsabiqəni izləmək üçün Avropanın müxtəlif ölkələrindən gəlmiş fanatlar təmsilçimizin finalda şansını yüksək qiymətləndirirlər.

Bakı Musiqi Akademiyasını Diana Hacıyeva təhsilini London Müasir Musiqi Performansı İnstitutunda davam etdirərək pop formatında musiqilərin, həmçinin soul, ballada janrlarında mahnıların mahir ifaçısıdır.

Dihaj Amsterdam, Vilnüs və digər şəhərlərdə keçirilən bir sıra mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil edib, mükafatlara layiq görülüb.

Qeyd edək ki, ikinci yarımfinal mayın 11-də, müsabiqənin final mərhələsi mayın 13-də keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 138 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed