Şrift:
“Qarabağ” UEFA-nın Gənclər Liqası yarışında mübarizə aparacaq
11.05.2017 [10:09] - İdman
Futbol üzrə U-19 Liqasında XXXI turun oyunları keçirilib.

“Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandası “Qəbələ” ilə qarşılaşıb.

Şamaxı Olimpiya İdman Kompleksində keçirilən qarşılaşmada “Qarabağ” 3:1 hesablı qələbə qazanıb.

"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun çalışdırdığı komanda sona iki tur qalmış qızıl medalları təmin edib. Belə ki, komanda xal hesabını 84-ə çatdırıb və ən yaxın izləyicisi “Qəbələ”ni 10 xal fərqi ilə qabaqlayıb.

Bununla da “Qarabağ” UEFA-nın Gənclər Liqası yarışında Azərbaycanı təmsil etmək hüququ qazanıb.
Bu xəbər oxucular tərəfindən 666 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed