Şrift:
Azərbaycan “Yalquzaq” snayper tüfənginin ixracına başlayır
11.05.2017 [10:10] - Xəbərlər, Hərb
Azərbaycan “Yalquzaq” snayper tüfənginin ixracına başlayır

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “Yalquzaq” snayper tüfənginin ixracına başlayır.

Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazirin sözlərinə görə, bir neçə xarici ölkədən “Yalquzaq” tüfəngi üçün böyük həcmli sifarişlər alınıb. Hazırda sifarişlərin icrası istiqamətində işlər gedir.

Y. Camalov silahın Azərbaycanda Sərhəd Qoşunlarına da verildiyini qeyd edib.

Y. Camalov bildirib ki, “Yalquzaq” texniki-taktiki imkanlarına görə öz sinfindəki bir çox tüfəngləri üstələyir. Azərbaycanın NATO kalibrində (7.62x51mm) ilk silahı olan “Yalquzaq” tam olaraq yerli mütəxəssislər tərəfindən yaradılıb.
Bu xəbər oxucular tərəfindən 628 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed