Şrift:
Avorpa Azərbaycanlıları Konqresinə yeni rəhbər seçilib
30.04.2012 [12:25] - Diaspor
Almaniyanın Berlin şəhərində keçirilmiş Avorpa Azərbaycanlıları Konqresinin (AAK) IV Qurultayında yeni rəhbər seçilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Davam.az”a verilən məlumata görə, Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer İsmayılova Konqresin prezidenti seçilib.
Qurultayda AAK-ın İcraiyyə Komitəsi və Nəzarət-Təftiş Komissiyasının tərkibi seçildikdən sonra AAK-ın I vitse prezidentləri və vitse-prezidentləri də seçilib. Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bulal Dündar birinci vitse-prezident, Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, Azərbaycan Federasiyası İsveçin sədri Səttar Sevgin, Estoniya parlamentinin deputatı, “Bakı” klubunun həmsədri Eldar Əfəndiyev, ÜAK-nin Moskva şəhər Təşkilatının sədri İlqar Hacıyev isə vitse-prezident seçiliblər.
Toplantıda AAK-nın qətnaməsi, həmçinin qurultay nümayəndələrinin Azərbaycan prezidenti İlham Əliyevə müraciəti və digər sənədlər qəbul edilib.
Qeyd edək ki, AAK-nın IV Qurultayında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, millət vəkilləri, xarici ölkə təmsilçiləri, digər diaspor təşkilatlarının nümayəndələri və rəhbərləri iştirak ediblər.
AAK 2004-cü il aprelin 17-də Berlində keçirilən toplantıda təsis edilib. Ötən dövr ərzində quruma Başar Kömür başçılıq edib.
Bu xəbər oxucular tərəfindən 1299 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed