Şrift:
Bu gün "Eurovision-2017" mahnı müsabiqəsinin finalı keçiriləcək
13.05.2017 [10:24] - Gündəm, Mədəniyyət
Bu gün Ukraynanın paytaxtı Kiyevdə "Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək.
Azərbaycan təmsilçisi Diana Hacıyeva (DiHaj) "Skeletons" mahnısı ilə 12-ci nömrə altında çıxış edəcək.
Ümumilikdə bugünkü finalda 26 ölkənin təmsilçisi səhnəyə çıxacaq.
Final Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qalib tamaşaçıların və münsiflər heyətinin verdiyi xallar əsasında müəyyən ediləcək.
Finaldan bir gün əvvəl bütün finalçılar son məşqlərini ediblər.
Qeyd edək ki, ötənilki müsabiqənin qalibi "1944" adlı mahnı ilə Ukrayna təmsilçisi Camala (Jamala) olub.
Bu xəbər oxucular tərəfindən 247 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed