Şrift:
Türkiyə və Rusiya prezidentləri Çində görüşəcəklər
13.05.2017 [10:27] - Gündəm, Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-15-də Çinin paytaxtı Pekində keçiriləcək “Bir qütb, bir yol – Böyük İpək Yolu” Forumu çərçivəsində Rusiya dövlət başçısı Vladimir Putinlə görüşə bilər.
Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, V.Putinlə R.T.Ərdoğan bu yaxınlarda telefonla danışıblar. Prezidentin köməkçisi son zamanlar dövlət liderləri arasında intensiv fikir mübadiləsinin olduğunu da vurğulayıb.
Qeyd edək ki, mayın 3-də Rusiya və Türkiyə prezidentləri Soçidə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini, Suriyadakı vəziyyət də daxil olmaqla beynəlxalq arenadakı şəraiti müzakirə ediblər.
Bu xəbər oxucular tərəfindən 519 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed