Şrift:
Ermənistanın üç dövlət məmuru Azərbaycandan bu ölkəyə qanunsuz alma idxalı işi üzrə həbs edilib
13.05.2017 [10:27] - Hadisə
Ermənistan Dövlət Gəlirlər Komitəsinin məmuru Azərbaycandan ölkəyə qanunsuz alma idxalı zaman rüşvət almaqda şübhəli blinərək həbs edilib.
Bu barədə Xüsusi İstintaq Komitəsinin mətbuat xidmət məlumat yayıb.
Bildirilib ki, Ermənistan Gömrük Komitəsinin Baqrataşen bölməsinin buraxılışa nəzarət idarəsinin müfəttişi və bu qurumun növbə rəisi də Azərbaycan almalarının Ermənistana qanunsuz yolla keçməsində külli məbləğdə rüşvət almaqda şübhəli bilinirlər. Bu məsələdə adları hallanan dövlətin üç məmuru barədə həbs qətiimkan tədbiri seçilib.
Qeyd edək ki, Ermənistanın uyğun qurumları Azərbaycandan bu ölkəyə məhsul idxalının qadağan edilmədiyini bildirir. Onlar bu məsələdə seçimi satıcıların və alıcıların ixtiyarına buraxıb.
Bu xəbər oxucular tərəfindən 465 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed