Şrift:
Mərkəzi Afrika Respublikasında BMT-nin 5 sülhməramlısı öldürülüb
13.05.2017 [10:27] - Hadisə
Mərkəzi Afrika Respublikasında BMT-nin 5 sülhməramlısı öldürülüb.
Bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Dyujarrik məlumat verib.
Qeyd edək ki, ilkin məlumatda naməlum silahlıların BMT-nin bu ölkədəki missiyasının (MINUSCA) konvoyuna hücumu zamanı 4 nəfərin öldürüldüyü bildirilirdi. Mərakeşdən olan daha 1 hərbi qulluqçu isə itkin düşüb. Dyujarrikin jurnalistlərə verdiyi məlumata görə, itkin düşmüş hərbçinin cəsədi tapılıb və Banqi şəhərinə aparılıb.
Qeyd edək ki, Yoqofonqo şəhərində baş vermiş hücum "Antibalaka" xristian silahlı üsyançıları tərəfindən təşkil edilib. Hərbçilərlə atışma zamanı onlardan 8-i məhv edilib.
Bu xəbər oxucular tərəfindən 706 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed