Şrift:
İndoneziyada 15 metrlik naməlum dəniz heyvanı tapılıb - VİDEO
13.05.2017 [10:28] - Gündəm
İndoneziyanın cənubunda, dəniz sahilində elmə bu günədək məlum olmayan ölmüş nəhəng heyvan tapılıb.
Bu barədə "The Daily Mirror" xəbər verib.
Xəbərdə bildirilir ki, naməlum heyvanı Sera adası sahillərində, Maluku vilayətində 37 yaşlı Arsul Tuanokota müəyyən edib. Şahidlər ehtimal edirlər ki, uzunluğu 15 metr olan heyvan donqar balinaya aid ola bilər.
Yerli sakinlər hakimiyyət orqanlarına müraciət edərək xoşagəlməz iy verən dəniz "əjdaha"sını çimərlikdən aparmağı xahiş ediblər.
Bu xəbər oxucular tərəfindən 269 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed