Şrift:
İş adamı şəhid ailələrinə və yaralı gizirlərə mənzil bağışladı
13.05.2017 [10:30] - Gündəm
Tanınmış iş adamı, Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” nın rəhbəri, “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu" Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Fizuli Məmmədov Azərbaycandadır.

Tanınmış iş adamı mayın 10-da mərhum prezident Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə öz şəxsi vəsaiti hesabına torpaqlarımızın bütövlüyü uğrunda öz sağlamlıqlarını itirən xüsusi təyinatlı gizirlərimiz Natiq Mehdiyev və Ülfət Həsənova, həmçinin bu il fevralın 24-dən 25-nə keçən gecə düşmənin bütün cəbhə boyu törətdiyi təxribatları dəf edərkən şəhid olan mayor Aqşin Abdullayevin və şəhid gizir Sənan İsayevin ailələrinə ev bağışlayıb.


Tam təmirli evlərin hər biri 3 otaqlıdır. Məlumata görə, ilin sonuna qədər 6 ailə, ümumlikdə isə 10 ailə evlə təmin olunacaq.

Bundan başqa, o, xüsusi təyinatlı gizirlər Natiq Mehdiyev və Ülfət Həsənovun müalicə xərclərini də öz üzərinə götürüb.

Aqşin Abdullayevin anası Dusrun Cavadova Modern.az-a faktı təsdiqləyib. O, iş adamına təşəkkürünü bildirib:

“Sağ olsun, Fizuli bəy. Ev Xətai rayonu, Əliağa Şıxlinski küçəsində yerləşir, 3 otaqlı, tam təmirlidir. İçərisində soyuducu, televizor və s. avadanlıqları olan evin açarlarını verdi. Tədbir mayın 10-da Müdafiə Nazirliyinin baş idarəsində keçirildi”.

Qeyd edək ki, iş adamı aprelin 24-də Azərbaycana gəlsə də, işləri ilə bağlı geri qayıtmış və mayın 9-da təkrar vətənə gəlmişdi.


Bundan əvvəl F.Məmmədov Modern.az-a özəl açıqlamasında Prezident İlham Əliyevin sərəncamına dəstək olaraq, Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsinə - Cocuq Mərcanlı kəndinin bərpasına 3 milyon manat vəsait ayırdığını bəyan edib. İş adamının bu təşəbbüsü Azərbaycan cəmiyyətində müsbət qarşılanaraq yüksək qiymətləndirilib.

Gülşən RAUFQIZI
Bu xəbər oxucular tərəfindən 238 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed