Şrift:
Ərdəbil vilayətində baş verən zəlzələ bölgəyə maddi ziyan vurub
13.05.2017 [10:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil valiliyi böhranın idarə olunması mərkəzinin müdiri Məsud İmami Yeganə mayın 11-də Ərdəbil vilayətinin şimal bölgəsində baş verən zəlzələdə xəsarət alanlar və bölgəyə dəyən maddi ziyanla bağlı jurnalistlərə açıqlama verib.

O son vəziyyətlə bağlı deyib: “Mayın 11-də yerli vaxtla saat 7:45-də Biləsuvar və Parsabad bölgələrində Ocağı 9 km dərinlikdə yerləşən 5 bal gücündə zəlzələ baş verib. Hadisə nəticəsində 50 yaşayış evi, 5 idarə binası, Uşaq İntellektual İnkişaf Mərkəzinin tikintiləri, Şəhər İcra Hakimiyyəti və Əşayir işləri üzrə mərkəzin binalarına toplam olaraq 500 milyon tümən dəyərində ziyan dəyib”- deyə M.İmani Yeganə bildirib.

Böhranın idarə olunması mərkəzinin müdiri zəlzələ zamanı 16 nəfərin xəsarət aldığını diqqətə çatdırıb.

Bundan öncə 11 nəfərin yaralandığı bildirilmişdir.

M.İmani Yeganə vurğulayıb ki, zəlzələ ən çox Parsabadda hiss olunduğu üçün bu bölgəyə daha çox ziyan dəyib. Zəlzələ Germi və Ərdəbil Vilayətinin bəzi digər məntəqələrində də hiss olunub.
Bu xəbər oxucular tərəfindən 303 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed